Abşeron rayonu, Xırdalanda şəhərində evdə partlayış nəticəsində 19 yaşlı qız həlak olub.
Globalinfo.az bildirir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***14:18
Xırdalanda 2007-ci il təvəllüdlü Xədicə Mustafayeva partlayış nəticəsində ölüb.
Globalinfo.az xəbər verir ki, partlayış Xədicə Mustafayevanın yaşadığı evin həyətində baş verib.
Xitab24.az yazır ki, Xədicə Vüsal qızı Mustafayeva idmanın kikboksinq növü ilə məşğul olub və bir sıra turnirlərin qalibi adını qazanıb.
Məlumata görə, X.Mustafayeva partlayışdan öncə ailə üzvlərinə məktub yazıb.
Partlayışla bağlı cinayət işi açılıb.