Yəmənin cənub-şərqində baş verən toqquşmalar zamanı təxminən 800 nəfərin “Ənsar Allah” hərəkatının (Husilər) nəzarətinə keçdiyi açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Husilərin yaratdığı Məhbus İşləri Komitəsinin rəhbəri Əbdül Qadir Mortada məlumat verib.
Onun sözlərinə görə, söhbət “Ənsar Allah” qüvvələrinin Qırmızı dənizin qərb sahilində keçirdiyi hərbi əməliyyat zamanı əsir götürülən şəxslərdən gedir.
Komitə rəhbəri, həmçinin qarşı tərəfdə döyüşən şəxslər üçün ümumi əfv elan edildiyini bildirib.
“Ənsar Allah” Ali Siyasi Şurasının sədri Mehdi əl-Məşatın sözlərinə görə, əfv Husilərə qarşı hərbi əməliyyatlara cəlb edilmiş və “yoldan çıxarılmış” şəxslərə şamil olunacaq.
Əfv üçün əsas şərtlərdən biri silahların təhvil verilməsi, digəri isə şəxslərin daimi yaşayış yerlərinə qayıtmasıdır.
Tahir Turan
Globalinfo.az