
Gürcüstan və Ermənistan milli komandalarının qarşılaşdığı UEFA Millətlər Liqasının B/C Liqasının ikinci pley-off matçı başa çatdıqdan sonra tribunalarda azarkeşlər arasında iğtişaşlar başlayıb və onlar meydançaya qaçıblar.
Globalinfo.az “Oxu.az”a istinadla xəbər verir ki, bu barədə “Championat” məlumat verib.
Görüşdə Gürcüstan millisi 6:1 hesabı ilə qalib gəlib, ilk görüşdə də gürcülər 0:5 hesabı ilə üstün olub.
Polis qonaqların tribunasını mühasirəyə alıb.
Oyun Gürcüstanın paytaxtı Tbilisidəki Boris Payçadze adına stadionda baş tutub.