“Dünyada münaqişələrin sayı durmadan artır və bu, adi insanların həyatına getdikcə daha ciddi və mənfi təsir göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi BRICS sammitində çıxışı zamanı deyib və narahatedici tendensiya barədə xəbərdarlıq edib.
Modi vurğulayıb ki, dünyada artan münaqişələrin həlli BRICS ölkələrinin qarşısında duran əsas vəzifələrdən biridir.
O, çıxışının sonunda sammitdə əldə olunan razılaşmaların konkret fəaliyyətə çevrilməsinin, bunun üçün də dəqiq müddətlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib.
Baş nazir kağız üzərində işdən real nəticələrə keçməyə çağırıb.
Hindistan hökumətinin başçısı həmçinin ölkələrin yeni texnologiyalardan və nadir torpaq metallarından təzyiq vasitəsi kimi istifadə etməsinin əleyhinə olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az