vilnur

Vilnüs hava limanı reyslərin qəbulunu və yola salınmasını dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Buna səbəb səmada mənşəyi müəyyən edilməyən pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması olub.

PUA-ların kimə məxsus olduğu və hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilmir.

Qeyd edək ki, sentyabrın 13-də günorta saatlarında Litvada hava təhlükəsi elan edilib. Həyəcan siqnalı Vilnüs, Trakay və Elektren rayonlarında, eləcə də Vilnüs şəhərində qeydə alınıb. NATO qırıcıları da havaya qaldırılıb.

Daha əvvəl Litvada Ukraynaya məxsus PUA qəzaya uğramışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: