“Yunanıstan Ukraynaya “Patriot” raketləri ilə bağlı şərt qoyub”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Ruslan Qorbenko bildirib.
Onun sözlərinə görə, Afina istifadə müddəti başa çatmaq üzrə olan “Patriot” raketlərini Ukraynaya vermək müqabilində Kiyevdən Rusiya limanlarında öz tankerlərinə hücum etməməyi tələb edib.
Qorbenko bu şərti rədd edərək bildirib ki, Yunanıstan raketləri ya Ukraynaya verməli, ya da onları utilizasiya etməlidir.
Safura Bənnayeva
Globalinfo.az