“Hindistanın Baş naziri Narendra Modi və Çin sədri Si Cinpin BRICS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşləri zamanı Ukraynadakı münaqişənin nizamlanması ilə maraqlanıb və problemin həllinə yardım təklif ediblər”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O qeyd edib ki, Putin bu təşəbbüsü alqışlayıb və həm Modi, həm də Si Cinpinə Ukraynadakı vəziyyət barədə ətraflı məlumat verib.
Safura Bənnayeva
Globalinfo.az