İmam Xomeyni Beynəlxalq Hava Limanının baş direktoru Ramin Kaşif Azər Türkiyə və İraqa uçuşlar barədə danışıb.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, baş direktor hava limanından müxtəlif istiqamətlərə uçuşlarla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməsi barədə məlumatları təkzib edib.
O bildirib ki, hava limanından bütün beynəlxalq istiqamətlər üzrə uçuşlar həyata keçirilir və onlar müəyyən edilmiş cədvələ uyğun icra olunur.