1013465 src


Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Yaponiyanın BMT-nin yeni dünya xəritəsində dəyişiklik edilməsi tələbinə münasibət bildirib və bunu “cəfəngiyyat” adlandırıb.

Globalinfo.az-ın xəbərinə görə, daha əvvəl “The Guardian” qəzeti yazıb ki, Yaponiya hakimiyyəti BMT tərəfindən qəbul olunan yeni dünya xəritəsində Kuril adalarının Rusiyanın ərazisi kimi göstərilməsinə etiraz edib.

Tokio xəritədəki təsvirin dəyişdirilməsini tələb edib. Jurnalistlərin sualını cavablandıran Uşakov, “Bu, sadəcə cəfəngiyyat” deyib.

Qeyd edək ki, BMT Baş Assambleyası daha əvvəl dövlətləri, beynəlxalq təşkilatları və digər qurumları qitələrin, xüsusilə də Afrikanın ölçülərini daha dəqiq əks etdirən “Equal Earth” kartoqrafik proyeksiyasından geniş istifadəyə çağıran qətnamə qəbul edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: