“İranın ali dini rəhbəri Müctəba Xamenei tam sağlamdır. O, gün ərzində 10 saatdan artıq intensiv fəaliyyət göstərir”.
Globalinfo.az xəbər verir ki, bunu Yasuc şəhərinin imam cüməsi Nəsir Hüseyni deyib.
O iddia edib ki, Xamenei Məşhəddə atasının dəfn mərasimində iştirak edib.
“Məşhəddə şəhid liderin dəfn mərasimində iştirak edən şəxslər bunun şahidi olublar. Xameneinin orada olması düşmənlərin yaydığı şayiələrin üzərindən xətt çəkdi”, – deyə Nəsir Hüseyni vurğulayıb.
Safura Bənnayeva
Globalinfo.az