sepah yeni

Suriyanın Dəməşq şəhəri yaxınlığında İsrailin hücumu zamanı SEPAH-ın hərbi məsləhətləçilərindən və yüksəkrütbəli zabitlərindən olan Milad Heydəri ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə  SEPAH məlumat yayıb.

Əməliyyat nəticəsində bir neçə hərbçinin də öldüyü bildirilib.

Qeyd edək ki, son vaxtlar İranın, xüsusən SEPAH-ın yüksəkrütbəli hərbçiləri Azərbaycanı təhdid edirlər. Ötən gün İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri rəsmi Bakıya qarşı yalan ittihamlar səsləndirmişdi.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: