ABŞ vətəndaşları ilk dəfə “Bloomberg”in milyarderlər reytinqində ilk 10 pillənin hamısını tutublar.
Globalinfo.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat yayılıb.
Fransalı lüks mallar maqnatı Bernar Arno dünyanın ən varlı 10 şəxsi sırasından çıxaraq 96 yaşlı investor Uorren Baffetə yer verib. Baffetin sərvəti 144 milyard dollar qiymətləndirilir.
Reytinqdə ilk pillədə böyük fərqlə sahibkar İlon Mask qərarlaşıb – onun sərvəti 919 milyard dollardır. İkinci yerdə “Google”un həmtəsisçisi Larri Peyc (286 milyard dollar), üçüncü yerdə isə “Amazon”un qurucusu Ceff Bezos (274 milyard dollar) qərarlaşıb.
4-10-cu yerləri “Google”un həmtəsisçisi Sergey Brin (266 milyard dollar), “Dell” şirkətinin qurucusu Maykl Dell (245 milyard dollar), “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq (229 milyard dollar), “Oracle”ın həmtəsisçisi Larri Ellison (208 milyard dollar), “Nvidia” şirkətinin baş direktoru Censen Huanq (181 milyard dollar) və “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer (172 milyard dollar) tutub.
Milyarderlərin sayına görə ilk üç yeri ABŞ, Çin və Almaniya tutub. Dünyada milyarderlərin ümumi sayı isə rekord həddə – 3795 nəfərə çatıb. Onların ümumi sərvəti 15,1 trilyon dollar qiymətləndirilir.
Əliyar Xəlil
Globalinfo.az