nuv%C9%99 silahi 1jpg 1666610515

Rusiya Litvanın nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsi ilə bağlı addımlarına cavab olaraq sərhədə nüvə silahları yerləşdirə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Çepa bildirib. Onun sözlərinə görə, Vilnüsün bu istiqamətdə atacağı addımlar Moskvanın cavab tədbirləri görməsinə səbəb ola bilər.

Deputatın sözlərinə görə, Rusiya sərhəd ərazilərində müəyyən qüvvə və vasitələr yerləşdirə bilər. O, belə addımların Litva üçün ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Çepa həmçinin qeyd edib ki, gərginliyin hər hansı formada artması əlavə təhlükələr yaradır və Vilnüs bu məsələdə ehtiyatlı davranmalıdır.

Tahir Turan

Globalinfo.az

Paylaş: