Putinin “zirehində dəlik açıldı”: rus qoşunları buradan çəkilir

“Rusiyanın Kursk vilayətində keçirilən əməliyyat ukraynalıların döyüş ruhunu qaldırıb”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Ekonomist” qəzeti yayıb.

Nəşr yazır ki, rusiyalılar Kurskun müdafiəsi üçün Ukraynadakı digər cəbhələrdən qoşunlarını geri çəkib buraya yönləndirirlər:

“Ukraynalıların minimum məqsədi rus qoşunlarının əsas cəbhə sayılan Xarkov və Donbasdan çıxarılmasıdır. Rusiya hələlik ordusunu əsasən Xarkov istiqamətindən geri çəkərək Kurska yönləndirir. Donbasdan buraya daha az qoşun gətiriblər. Bu isə ukraynalıların döyüş ruhuna müsbət təsir edib. Hökumət kabinetində, Kiyevdə hospitaldakı hərbçilər inanırlar ki, Rusiya Prezidenti Vladimir Putinin “zirehində dəlik açmağı” bacarıblar”.

Qeyd edək ki, Ukrayna Kursk vilayətinə hücum edib. Nəticədə 350 kvadrat kilometrdən çox Rusiya ərazisi ələ keçirilib. Kreml hələlik Ukrayna ordusunu həmin ərazilərdən çıxara bilmir.

Əliyar Xəlil
Globalinfo.az