sepah

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus “Saildrone” dəniz dronunu məhv edib.

Globalinfo.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, məhv edilən pilotsuz aparatın bort nömrəsi 5838 olub.

Tehran iddia edir ki, ABŞ qüvvələri son günlər İran hərbçiləri ilə birbaşa toqquşmadan yayınmaq məqsədilə boğaza pilotsuz aparatlar göndərib.

SEPAH həmçinin bildirib ki, Hörmüz boğazı İranın nəzarəti altındadır və bölgədə istənilən düşmənin mövcudluğu hədəf kimi qiymətləndiriləcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: