WhatsApp Image 2026 09 10 at 16.02.03

Pakistanın “Məkkə sazişi” çərçivəsində Yəməndə husilərin mövqelərinə zərbələr endirməyi nəzərdən keçirdiyinə dair məlumat yayılıb. Bildirilir ki, əsas məqsəd husiləri Yəmənin şimalındakı Səədə vilayətindən çıxarmaqdır. Lakin bununla bağlı hələlik yekun qərar qəbul edilməyib.

Sözügedən saziş çərçivəsində Türkiyə də qarşıdurmaya qoşula bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, “Məkkə sazişi” Türkiyə və Pakistanın prosesə qoşulmasını nəzəri baxımdan mümkün edir:

“Pakistan artıq məsələ ilə bağlı mesaj verib. Lakin praktiki olaraq, bunun baş verəcəyi ehtimalı azdır. “Məkkə sazişi” Səudiyyə Ərəbistanına hücumlar ediləcəyi təqdirdə işə düşür. Lakin hazırda hərbi hədəf Yəmən ərazisindədir. Türkiyə və Pakistanın bu əməliyyata qoşulması regional hücum cəbhəsinin yaranması deməkdir ki, “Məkkə sazişi” bunu özündə ehtiva etmir. Saziş müdafiə xarakterlidir.

asiffff
Asif Nərimanlı 

Bu baxımdan, husilər Səudiyyə Ərəbistanının ərazisinə qarşı davamlı və genişmiqyaslı hücumlar həyata keçirərsə, Türkiyə sazişi əsas götürərək müdafiə məqsədilə hərəkətə keçə bilər. Hərçənd, bu halda belə, Türkiyə maksimum dərəcədə prosesdən yayınmağa, siyasi və kəşfiyyat xarakterli addımlarla dəstək verməyə çalışacaq. Çünki husilərə qarşı müharibədə iştirak faktiki olaraq İranla müharibə deməkdir. Bu isə Türkiyə və Pakistanın regional planlarına daxil deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: