“Serbiya Prezidenti Aleksandar Vuçiçin Üçüncü Dünya Müharibəsi haqda dedikləri ilə razılaşmıram”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.
“Heç bir ölkə genişmiqyaslı münaqişəyə başlamaq istəmir, çünki qalib olmayacaq. Belə ehtimalda nüvə silahlarından istifadə olunacaq ki, bu da bəşəriyyəti məhv etməklə təhdid edə bilər.
Vuçiçin həyəcanı göstərir ki, ölkə liderləri qırmızı xətlərin keçildiyini anlayırlar və bundan sonra nə baş verəcəyini proqnozlaşdırmaq hazırda mümkün deyil”, – o bildirib.
Cabarov qeyd edib ki, böyük dövlətlər razılığa gələ bilməsələr və münaqişə edən ölkələri danışıqlar masasına gətirə bilməsələr, dünyada qaynar nöqtələrin sayı yalnız artacaq.
Bundan əvvəl Serbiya Prezidenti Üçüncü Dünya müharibəsinin başladığını elan etmişdi.
Əliyar Xəlil
Globalinfo.az