“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.
Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin edəcək.