8b7a9fdb 4925 4663 8b53 0d350fe94a5f 2

Mingəçevirdə güclü külək yaşıllıqlara zərər vurub.

Globalinfo.az Azərtac-a istinadən xəbər verir ki, külək şəhər ərazisindəki 17 ağacı sındırıb. Mənzillərə və avtomobillərə ziyan dəyməyib, xəsarət alan olmayıb.

Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən ağacların qırıntıları ərazidən yığışdırılıb.

Güclü külək şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. Hazırda enerji verilişi bərpa edilib. Şəhərdə küləkli hava şəraiti davam edir.

Paylaş: