222

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2 “Toyota”, “Kia”, “Hyundai” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

1788770262 6574

Paylaş: