6a9ed512007636a9ed5120076417887941296a9ed512007606a9ed51200761

Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.

Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.

Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.

Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

Hazırda yaranmış fəsadların aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.

6a9ed511c1c8e6a9ed511c1c8f17887941296a9ed511c1c8b6a9ed511c1c8d 6a9ed5116d9026a9ed5116d90317887941296a9ed5116d9006a9ed5116d901 6a9ed51196ad76a9ed51196ad817887941296a9ed51196ad46a9ed51196ad5

Paylaş: