Rusiya qüvvələri Ukraynanın Kiyev vilayətinə yeni “Geran-5” hücum dronları ilə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı Brovarı rayonunda yerləşən “Coca-Cola” zavodu hədəfə alınıb. Avropada şirkətin ən böyük müəssisələrindən biri hesab olunan zavodda zərbədən sonra yanğın baş verib.
Bundan başqa, Slavutıç yaxınlığında da xəsarət alanların olduğu bildirilir. İlkin məlumata görə, yaralananlar var, yolda hərəkətdə olan avtomobillərə isə ziyan dəyib.
Əliyar Xəlil
Globalinfo.az