ai

Avropa İttifaqı Şurası Avropa Komissiyasının Ermənistanla ticarətin iki il müddətinə müvəqqəti liberallaşdırılması təklifini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Aİ Şurasının məlumatına görə, bu tədbirlər Ermənistanın ixrac məhsullarının təxminən 80 faizinə ticarət güzəştləri tətbiq etməyə imkan verəcək.

İki il ərzində Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin 99 faizinin Aİ bazarına çıxarılması planlaşdırılır. Bununla belə, erməni ixracatçılar Aİ-nin sanitar tələblərinə, qiymət rəqabəti və qorunan coğrafi adlarla bağlı qaydalara əməl etməlidirlər. Bu səbəbdən Ermənistan konyakının Aİ bazarında satışına icazə verilməyəcək.

Qərarın qüvvəyə minməsi üçün onun Avropa Parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: