hekim qebulu

TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqqı islahatlara uyğun olaraq artırılacaq. 

Globalinfo.az xəbər verir ki, yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.

Bəs hansı həkimlərin maaşı nə qədər artacaq?

Məlumata görə, əməkhaqqı artımının aşağıdakı kimi olması nəzərdə tutulur:

Ailə həkimlərinin maaşı 1150 manatdan 2000-ə;

-Tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrinin həkimlərinin maaşı 1550 manatdan 2500-ə;

-Təcili Tibbi Yardım Şöbələrinin həkimləri (3A və 3B) maaşı 2100 manatdan 3000-ə;

-Anestiezoloq-Reanimatoloq maaşı 1450 manatdan 3000-ə.

WhatsApp Image 2026 09 02 at 12.36.49

Paylaş: