iran 991

İranın Çabahar şəhərində yerləşən SEPAH-a məxsus “İmam Əli” dəniz bazasının raket hücumuna məruz qaldığı iddia edilir.

Globalinfo.az xəbər verir ki, məlumata görə, bazaya ən azı 6 raketlə zərbə endirilib.

Bundan əlavə, İranın cənubundakı bir sıra yaşayış məntəqələrində, o cümlədən Qeşm, Bəndər-Abbas, Konarək, Cask, Sirik və Minabda çoxsaylı partlayış səslərinin eşidildiyi bildirilir.

Yerli mənbələr bölgədə ABŞ-yə məxsus olduğu iddia edilən çoxsaylı qırıcıların uçuşlar həyata keçirdiyini də qeyd ediblər.

Hücumların nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: