İran ABŞ-ın İslamabad memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi halında sənəddə nəzərdə tutulan atəşkəs şərtlərinə əməl etməyə davam edəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Vaşinqtonun razılaşma üzrə öhdəliklərini pozması Tehranın adekvat cavabı ilə nəticələnib.
Pezeşkian bununla yanaşı, ABŞ-ın öz öhdəliklərinin icrasına qayıtması halında İranın da dərhal qarşılıqlı addım atacağını vurğulayıb:
“ABŞ qeyd olunan anlaşma memorandumunda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə qayıdarsa, İran İslam Respublikası da dərhal qarşılıq verəcək”.
Safura Bənnayeva
Globalinfo.az