IMG 1057

Artıq bir neçə gündür ki, səhər saatlarında ardıcıl olaraq köhnə tipli qatarların hərəkət etdiyi müşahidə olunur. Sərnişinlərin sözlərinə görə, yeni nəsil qatarlardan istifadə etmək üçün 4-5 köhnə tipli qatarın ötməsini gözləmə zərurəti yaranıb.

Globalinfo.az bildirir ki, Oxu.Az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, “qırmızı” və “yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində hər iki xətt üzrə ümumilikdə iki dartı tipli elektrik yarımstansiyasının inşası və daha birinin isə yenidən qurulması nəzərdə tutulub:

“Bu işlər başa çatdıqdan sonra “qırmızı” xətt üzrə yeni nəsil qatarların xəttə verilməsi intensivliyi artırılacaq”.

Qurum qeyd edib ki, yeni nəsil qatarların müvafiq texniki parametrlərinə uyğun olaraq, xəttə verilməsi dartı tipli elektrik təchizatının mövcud texniki imkanları nəzərə alınmaqla həyata keçirilir.

Paylaş: