erdogan tramp

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, liderlər söhbət zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal prosesləri də müzakirə ediblər.

Prezident Ərdoğan İran və ABŞ arasında artan gərginlik fonunda diplomatiyanın əhəmiyyətinə diqqət çəkib və Türkiyənin sülh səylərini dəstəkləməyə davam edəcəyini bildirib.

Tehran və Vaşinqton arasındakı gərginliklə bağlı diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayan Türkiyə Prezidenti Ankarının sülh səylərinə dəstəyini davam etdirəcəyini deyib.

Telefon danışığı zamanı Qəzzədəki son vəziyyət və sülh prosesi də müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Qəzzədə sülh prosesinin ikinci mərhələsinə keçidin hədəfləndiyi bir vaxtda İsrail rəhbərliyinin fələstinliləri hədəf alan fəaliyyətlərinin artdığını vurğulayıb. O, Türkiyənin regionda davamlı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini ifadə edib.

Türkiyə lideri, həmçinin Qəzzənin yenidən qurulması istiqamətində atılacaq addımlara dəstəyin davam etdiriləcəyini bildirib.

Paylaş: