hormuz 1

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ qarşısında irəli sürdüyü şərtləri yenidən açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi X-də bildirib.

Rzayi qeyd edib ki, Vaşinqton müharibəni və dəniz blokadasını dayandırmayana, İranın dondurulmuş aktivlərini azad etməyənə və regionda, o cümlədən Livan və Qəzzada atəşkəslə razılaşmayana qədər boğaz açılmayacaq.

O bildirib ki, İranın tələbləri tam şəkildə yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı saxlanılacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: