“Mən rusları, rus mədəniyyətini və hətta tarixini bəyənirəm”.
Globalinfo.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.
“Lakin hazırkı Rusiya rəhbərliyinin hərəkətlərini dəstəkləyə bilmərəm”, – deyə o bildirib.
Finlandiya lideri son dövrlərdə Avropa ilə Rusiya arasında dialoqun bərpasının vacibliyini dəfələrlə vurğulayıb.
O, Rusiya ilə təmasların yaxın həftələrdə və ya ən geci iki ay ərzində bərpa edilməsinin lazım olduğunu deyib.
Stubb hesab edir ki, bu proses həm ümumavropa, həm də ikitərəfli səviyyədə koordinasiya olunmalıdır.
O, daha əvvəl də Avropanın müəyyən mərhələdə Moskva ilə diplomatik kanalları açmalı olduğunu bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az