Pasinyan 121xerite

“Əgər apokaliptik düşüncə tərziniz varsa, deməli, hər gün apokalipsis üçün bir səbəb var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Hər gün kiminsə Yer kürəsinin məhv olduğunu iddia etdiyini görə bilərsiniz. Planetimizin tarixi məhv tarixidir və sözün əsl mənasında, məhv edilir, bütün yer cisimləri çox yüksək sürətlə uçuruma yuvarlanır. Məhv vəziyyətində yaşadığımızı, uçuruma yuvarlandığımızı anlamalıyıq. Ona görə də bu vəziyyətə uyğunlaşmalıyıq.

Bu tənəzzül ən azı 10 milyard il davam edəcək, tənəzzül vəziyyətində yaşamalı və işləməliyik. Hörmətli həmkarlarımıza deyirəm ki, məhv edilməyimizdən narahat olmayın, bunu heç kim dayandıra bilməz”, – Paşinyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: