Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
–Bakı–Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
-Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
-1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.