litva

Litvada RusiyaBelarus sərhədində xəndəklər qazılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Yaxın Xaric” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, patrul yolundan Litvanın içərilərinə doğru eni 20 metr olan kontrmobilizasiya xəndəyi qazılacaq.

Ordu komandanlığının müəyyən etdiyi əməliyyat sahələrində isə xəndəklərin eni 150 metr olacaq.

İşlərin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır. Layihəyə 2026–2030-cu illər ərzində təxminən 50 milyon avro vəsait xərclənəcək.

Bundan əvvəl Litva sərhəddə mühəndis maneələri üçün parkların sayını da artırmaq qərarına gəlib. Əvvəl planlaşdırılan 27 parkın sayı 50-yə çatdırılacaq. Bu parklarda tank əleyhinə beton maneələr, tikanlı məftillər və digər mühəndis vasitələri saxlanılacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: