“Xankəndidə Azərbaycan qanunları keçərlidir. Çünki, bu, Azərbaycan ərazisidir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Söhbət Azərbaycan ərazisindən gedir, Xankəndidə bu ölkənin qanunları işləyir”, – deyə Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az