kreml sarayi rusiya 700x403 1

Avropada Rusiyanın dondurulmuş təxminən 210 milyard avroluq aktivlərinin Ukraynaya yönəldilməsi üçün yeni təklif irəli sürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) məlumat yayıb.

“Almaniya, Fransa və ABŞ-ın keçmiş yüksəkvəzifəli şəxsləri hesab edirlər ki, aktivlərin Belçikadakı “Euroclear”dan çıxarılaraq Aİ daxilində yaradılacaq yeni struktura verilməsi lazımdır.

Təklifə əsasən, Rusiya Mərkəzi Bankı aktivlərin formal sahibi olaraq qalacaq, lakin onların idarəçiliyini yeni Aİ strukturu həyata keçirəcək. Bununla Belçikanın Rusiyanın mümkün hüquqi və siyasi təzyiqi qarşısında üzərinə düşən risklərin azaldılması hədəflənir.

Təşəbbüs müəllifləri bildirirlər ki, bu vəsaitlərin Ukraynaya verilməsi Kiyevin danışıqlardakı mövqeyini gücləndirə bilər. Onlar həmçinin xəbərdarlıq edirlər ki, Ukraynaya ayrılan 90 milyard avroluq kredit gələn il tükənə bilər”, – deyə yazılıb.

Hazırda bu, Aİ-nin qəbul etdiyi qərar deyil, keçmiş siyasətçilər və ekspertlər tərəfindən irəli sürülən təşəbbüsdür.

Təklifin həyata keçirilməsi üçün Avropa daxilində hüquqi və siyasi məsələlərin həll edilməsi tələb olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: