İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi Məkkə sazişinin iştirakçı ölkələrini Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb.
Globalinfo.az-ın xəbərinə görə, o, “X” hesabında yazıb ki, Məkkə sazişi ərəb ölkələrinin təhlükəsizliyin region dövlətləri arasında əməkdaşlıqdan asılı olduğunu nəhayət anladıqlarını göstərir. Lakin onun sözlərinə görə, onlar hələ də doğru yolu tapa bilməyiblər.
Əzizi İrana qarşı mümkün addımların nəticələri barədə də xəbərdarlıq edib.
“Edilən heç bir səhv cavabsız qalmayacaq”, – deyə iranlı deputat bildirib.
Qeyd edək ki, Məkkə sazişi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb. Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı hücum bütün tərəflərə qarşı təcavüz kimi qiymətləndiriləcək.
Aysel Əliyeva
Globalinfo.az