scale 1200 1

ABŞ hələlik Rusiya və Ukrayna arasında vasitəçi rolundan imtina etmir, lakin münaqişənin həllində irəliləyiş olmayacağı təqdirdə bu mövqe dəyişə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox News” telekanalına açıqlamasında bildirib.

“Hazırda mövqeyimiz dəyişməyib. Lakin əgər prosesdə irəliləyiş olmasa, bu, dəyişəcək. Və bu dəyişiklik bizim vasitəçi kimi fəaliyyətimizə təsir edəcək. Amma hələlik bu mərhələyə çatmamışıq”, – deyə, o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: