qarabag 3

Birinci yarımildə Böyük Qayıdış proqramı üzrə 340 layihə icra edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Bu layihələrin icrasına 1 milyard 64,1 milyon manat xərclənib.

Hesabat dövründə Böyük Qayıdış proqramı üzrə icra edilmiş layihələrin 76-sı nəqliyyat, 182-si sosial, 36-sı su təsərrüfatı və meliorasiya, 11-i energetika və sənaye, 19-u müdafiə və hüquq-mühafizə, 16-sı isə sair layihələr olub.

Hesabat dövründə nəqliyyat sektoru layihələrinin icrasına 505,2 milyon manat (icra 48 faiz), sosial layihələrin icrasına 400,5 milyon manat (23 faiz), su təsərüffatı və meliorasiya layihələrinin icrasına 7,6 milyon manat (3 faiz), energetika və sənaye layihələrinin icrasına 15,4 milyon manat (11 faiz), müdafiə və hüquq-mühafizə layihələrinin icrasına 60,3 milyon manat (42 faiz), sair layihələrin icrasına 75,2 milyon manat (31 faiz) vəsait xərclənib.

Paylaş: