ABŞ Prezidenti Donald Tramp Pentaqonun silah-sursat ehtiyatlarının azalması ilə bağlı mediada yayılan məlumatların İranın mövqeyini gücləndirə biləcəyindən narahatdır.
Globalinfo.az xəb ər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp ABŞ-ın hərbi ehtiyatları barədə yayılan xəbərlərin Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı danışıqlardakı mövqeyinə mənfi təsir göstərə biləcəyini söyləyib.
“ABŞ prezidenti Pentaqonun silah ehtiyatları ilə bağlı məlumatların mətbuata sızması hallarının araşdırılması barədə göstəriş verib. Bununla yanaşı, Ağ Ev ABŞ ordusunda sursat çatışmazlığı olduğu barədə iddiaları rəsmi şəkildə təkzib edib və məxfi məlumatların yayılmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib”, – nəşr yazıb.
Safura Bənnayeva
Globalinfo.az