ordu muharibe 113 texnika

Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibə başa çatmamış NATO üzvü olan ölkələrdən birinə qarşı təxribat xarakterli addımlar ata bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqtonda Kremlin münaqişəni Avropa istiqamətində genişləndirmək ehtimalı nəzərdən keçirilir:

“Moskva bununla, Ukrayna cəbhəsində yaranmış çətin vəziyyətdən çıxmağa çalışa bilər.

Mümkün ssenarilər arasında genişmiqyaslı kiberhücumlar, lokal təxribatlar və hətta NATO ölkələrindən birinə məhdud quru əməliyyatı da yer alır.

Belə bir hərbi müdaxilə hazırda aşağı ehtimallı ssenari kimi qiymətləndirilsə də, ABŞ kəşfiyyatı bu riskin tədricən artdığını düşünür.

Bu isə NATO ölkələrinin təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasına səbəb olur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: