Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın xarici siyasət kursu ilə bağlı sərt mövqe nümayiş etdirib.
Globalinfo.az xəbər verir ki, bunu nazirliyin sözçü köməkçisi Aleksey Fadeyev bildirib. O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AAİB) uzaqlaşaraq Avropa İttifaqına yaxınlaşmasını Moskva xarici siyasətin “diversifikasiyası” kimi qiymətləndirmir.
Fadeyevin sözlərinə görə, Rusiyaya qarşı qeyri-qanuni siyasət həyata keçirən Avropa İttifaqına inteqrasiya cəhdləri Ermənistanın xarici siyasətini şaxələndirməsi anlamına gəlmir.
O vurğulayıb ki, Moskva İrəvanın bu istiqamətdə atdığı addımları diqqətlə izləyir və Ermənistanın AAİB çərçivəsində götürdüyü öhdəlikləri nəzərə almasının vacibliyini hesab edir.
Tahir Turan
Globalinfo.az