“Bu günlərdə Xirosima və Naqasakiyə atom bombalarının atılmasını xatırlayan Yaponiyanın baş naziri və digər rəsmi şəxslərinin bunu kimin etdiyini bir dəfə də olsun dilə gətirməməsi böyük biabırçılıqdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
O, bu səbəbdən Yaponiyanı ABŞ-ın “vassalı” adlandırıb.
Qeyd edək ki, avqustun 6-da Yaponiyanın Baş naziri Sanae Takaçi Xirosimaya atom bombasının atılmasının 81-ci ildönümünə həsr olunmuş anım mərasimində çıxış edərkən bombanı atan ABŞ-ın adını çəkməyib.
Xirosima meri Kazumi Matsui də çıxışında ABŞ-dan bəhs etməyib.
Xatırladaq ki, 1945-ci il avqustun 6-da və 9-da ABŞ Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atıb. Bu hadisələr bəşər tarixində nüvə silahının döyüş şəraitində tətbiq edildiyi yeganə nümunələr hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az