“Bu ilin iyulunda NATO qırıcıları alyansın sərhədləri yaxınlığında ötən ilin eyni dövrü ilə müqayisədə 250 faiz daha çox havaya qaldırılıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə NATO-nun Mərkəzi və Şərqi Avropadakı Birləşmiş Qüvvələr Komandanlığı (JFCBS) X sosial şəbəkəsində məlumat yayıb.
“Alfa” həyəcan siqnallarının sayı NATO-nun şərq cinahı boyunca 250%-dən çox artıb. Səbəb isə Rusiya hərbi təyyarələrinin dəfələrlə uçuş planı və transponder siqnalı olmadan NATO hava məkanına yaxın ərazilərdə uçması olub. Bu səbəbdən NATO qırıcıları havaya qalxaraq həmin təyyarələri müəyyənləşdirib və müşayiət edib”, – deyə bildirilib.
Xatırladaq ki, iyulun sonunda Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı Rusiyanın Ukrayna istiqamətində fəallığı ilə bağlı məlumatlardan sonra növbətçi hərbi aviasiyanı havaya qaldırdığını açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az