WhatsApp Image 2026 08 05 at 22.04.14 1

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi “Naz Lifan” markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: