“Pxenyan Yaponiyanın hərbiləşdirilməsinə cavab olaraq əlavə hərbi variantları nəzərdən keçirəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və Şimali Koreya liderinin bacısı Kim Yo Çjon deyib.
O, Şimali Koreyanın heç vaxt Yaponiyanın hərbi inkişafına icazə verməyəcəyini söyləyib:
“Bir neçə gün əvvəl Yaponiya Sakit Okeanda “Tomahawk” uzunmənzilli qanadlı raketlərinin sınaq buraxılışını həyata keçirib və may ayında Filippindəki Luzon adasının şimal sahillərində ABŞ-ın rəhbərlik etdiyi birgə hərbi təlimlərdə iştirak edib.
Koreya silahlı qüvvələri və hərbi rəhbərliyi Yaponiyanın transformasiyası ilə bağlı əlavə hərbi variantlar hazırlayacaq”.
Əliyar Xəlil
Globalinfo.az