tramp teyyare

“ABŞ-da Prezident Donald Trampı daşıyan “Marine One” helikopterinin Ağ Evdən havaya qalxması zamanı təhlükəsizlik prosedurlarına əməl olunmaması ehtimalı ilə bağlı araşdırma başladılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 4-də baş verib.

“Trampın helikopteri Ağ Evdən havaya qalxarkən hava hərəkətini idarə edən dispetçerlər yaxınlıqdakı Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanında kommersiya reyslərini müvəqqəti dayandırmayıblar. Halbuki ötən ilin yanvarında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasından sonra bu tədbir məcburi təhlükəsizlik proseduru kimi tətbiq edilir.

Hadisə ilə bağlı araşdırma aparan ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) hesab edir ki, Prezidentin helikopteri ilə eyni vaxtda havaya qalxan sərnişin təyyarəsi arasında tələb olunan minimal təhlükəsizlik məsafəsi pozulmuş ola bilər.

Bununla belə, qurumun sözçüsü bildirib ki, iki hava gəmisi təhlükəli həddə yaxınlaşmayıb və aralarındakı məsafə müəyyən edilmiş normadan aşağı düşməyib.

Buna görə də insident ciddi aviasiya hadisəsi kimi qeydə alınmayıb”, – deyə qeyd edilib.

Paylaş: