
Boyu təxminən 1–1,5 metr olan və dünyanın ən nadir quş növlərindən sayılan “shoebill” yenidən diqqət mərkəzinə düşüb.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə geniş maraq doğurub. Qeyri-adi dimdiyi və heyrətamiz görünüşü ilə seçilən quş istifadəçilər arasında çoxsaylı müzakirələrə səbəb olub.
Mütəxəssislərin məlumatına görə, shoebill insanlara qarşı aqressiv deyil və təhlükə yaratmır. Bu nadir quş əsasən Uqanda, Sudan və Zambiya kimi Afrika ölkələrinin bataqlıq ərazilərində yaşayır.
Tahir Turan
Globalinfo.az