pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan baş nazir vəzifəsindən istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, özü sosial şəbəkə hesabında məlumat yayıb.

Eyni zamanda, Nazirlər Kabineti də səlahiyyətlərini dayandırıb.

Qeyd edək ki, bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun həyata keçirilən formal prosedurdur.

Ölkə Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir.

Yeni hökumət formalaşdırılanadək nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında prezident tərəfindən təyin olunacaq.

Paylaş: