İspaniyanın Baş naziri Pedro Sançez bir neçə Avropa İttifaqı (Aİ) ölkəsinin İspaniyanın Seuta anklavındakı miqrasiya böhranına verdiyi reaksiyanı tənqid edərək, onların mövqeyini “eqoist”, “bölücü” və Avropa prinsiplərinə zidd adlandırıb.
Globalinfo.az xəbər verir ki, baş nazir Aİ liderlərinə məktub göndərib.
Saçnez Avropanın yaranmış vəziyyətə verilən tənqidi reaksiyanın yanlış olduğunu bildirib:
“Böhranla bağlı təcili şəkildə iclas keçirilməlidir. Avropa ölkələrinin baş verənlərə yanaşması doğru deyildi”.
Əliyar Xəlil
Globalinfo.az