ABŞ “Vaqner” özəl hərbi şirkətinin bütün dünyada fəaliyyətinə son qoymaq üzərində çalışır.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti rəhbərinin müşaviri Derek Çolle Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, ABŞ “Vaqner”in Serbiya və digər ölkələrdə bəzi şəxsləri öz təsiri altına almasından qorxur:
“Serbiyaya təhdidin olub-olmamasını bilmirik, amma təhlükəsizliyimizdən danışırıqsa, biz “Vaqner”in aktiv olduğu yerlərdə Belqradla birgə əməkdaşlığı səbirsizliklə gözləyirik ki, onların fəaliyyətinə son qoyaq”.
Gülnar Səlimova
Globalinfo.az